Son dəqiqə

Azərbaycan Ağdərə Müdafiə Nazirliyi

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

BAKI,TurkicWorld

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Biıdirilir ki, 6-10 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

Mövzuya görə xəbərlər