BAKI,TurkicWorld
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri – Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyın məhkəmə prosesi başlayıb.
TurkicWorld xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Onların vəkilləri barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər təqdim ediblər.
Məhkəmə vəsatətləri təmin etməyib, növbəti baxış iclası isə aprelin 10-na təyin olunub.







