BAKI,TurkicWorld
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
TurkicWorld-ün məlumatına görə, 28 fevral 8.00-dan – 27 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 3040 nəfər təxliyə olunub.
Belə ki, bu müddətdə Azərbaycan vasitəsilə 723 Çin, 516 Azərbaycan, 343 Rusiya, 198 Banqladeş, 187 Tacikistan, 184 Hindistan, 148 Pakistan, 80 Oman, 68 İndoneziya, 57 İran, 44 İtaliya, 30 Əlcəzair, 26 İspaniya, 24 Kanada, 24 Almaniya, 19 Fransa, 19 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 16 Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 13 Qazaxıstan, 12 Macarıstan, 12 Bəhreyn, 11 Meksika, 11 ABŞ, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 8 Braziliya, 8 Sudan, 7 Venesuela vətəndaşı təxliyə edilib.
Bundan başqa BƏƏ, Slovakiya, Belçika və Rumıniyanın 6, Türkiyə, Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın 5, İordaniya, Filippin, Ukrayna, Şri Lanka, Küveyt, Finlandiya və Niderlandın 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr və Sloveniyanın 2, Tunis, Cənubi Afrika, Maldiv Adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın isə 1 vətəndaşı təxliyə edilib.







