BAKI,TurkicWorld
2026-cı ilin yanvar-fevral ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 88 250 vətəndaş müraciəti qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Müraciətlərdən 34 min 071-i pensiya, 22 min 188-i müavinət, 3 min 166-sı Prezident təqaüdü, 15 min 049-u ünvanlı dövlət sosial yardımı, 3 min 211-i fərdi uçot və sosial sığorta, 252-si dövlət icbari şəxsi sığorta və 10 min 313-ü isə digər istiqamətlərlə bağlı olub.







