BAKI,TurkicWorld
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti vətəndaş qəbulu keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunundan məlumat verilib.
DSMF sədrinin qəbulu bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində olub. Qəbulda Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşlar iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən pensiya və ünvanlı dövlət sosial yardımı ilə bağlı olub.
Müraciətlərin hər biri dinlənilib və qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.







