BAKI,TurkicWorld
Hazırlıqlar çərçivəsində Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün paddokun yenidən qurulmasına start verilib.
TurkicWorld xəbər verir ki, paddok ənənəvi olaraq Neftçilər prospektində, Hökumət Evinin qarşısında quraşdırılır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaları və sürücüləri diqqətli olmağa çağırıb, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkür edib.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 24–26 sentyabr tarixlərində keçiriləcək. Yarışın on minlərlə qonağın iştirakı ilə Bakıya avtoidman həyəcanı gətirəcəyi bildirilir.







