BAKI,VOA
2026-cı ilin fevral ayı üzrə xüsusi şərtlərlə əmək pensiyası alan şəxslərin statistikası məlum olub.
VOA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Fevral ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların ümumi sayı 151 482 nəfər təşkil edib.
Rəsmi məlumata əsasən, pensiyaçıların 114 601 nəfəri yaşa görə, 14 065 nəfəri əlilliyə görə, 22 816 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
Qeyd olunur ki, sosial təminat tədbirləri çərçivəsində xüsusi şərtlərlə pensiya təminatı mexanizmi müvafiq qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.







