Son dəqiqə

Azərbaycan Türkmənistan Rəşid Meredov Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov

Azərbaycan Səfirliyi Türkmənistanda keçirilən “Diplomatiya Günü” beynəlxalq sərgisində iştirak edib

BAKI,TurkicWorld

Azərbaycanın Türkmənistandakı Səfirliyi Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən “Diplomatiya Günü”nə həsr olunmuş beynəlxalq sərgidə iştirak edib.

TurkicWorld xəbər verir ki, sərgi çərçivəsində ölkəmizin zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti və turizm potensialını özündə əks etdirən edən nəşrlər nümayiş olunub. “Made in Azerbaijan”, “Travel to Azerbaijan” və “WUF13” ilə bağlı broşürlər paylanılıb, “Azerbaijan.travel”ı tərənnüm edən videoçarx göstərilib.

Tədbir iştirakçılarına Azərbaycanda “Şəhərsalma və Arxitektura İli” çərçivəsində Bakı şəhərində 17–22 may tarixlərində keçiriləcək WUF13 tədbiri, o cümlədən ölkəmizin davamlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması, dayanıqlı inkişaf hədəfləri və qlobal şəhərsalma gündəliyində artan rolu barədə ətraflı məlumatlar verilib.

Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini, xarici işlər naziri Rəşid Meredov ölkə rəsmiləri və diplomatik korpus nümayəndələri ilə birlikdə Azərbaycan guşəsi ilə tanış olub. Sərgiyə qatılan qonaqlar Azərbaycanla bağlı təqdimatlara böyük maraq göstərib.

Eyni zamanda, səfir Qismət Gözəlov sərgidə Türkmənistan mediasına müsahibə verib.

Mövzuya görə xəbərlər