Son dəqiqə

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Anar Əliyev

Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında kadr dəyişikliyi olub.

TurkicWorld xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nihad Hafiz oğlu Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nihad Muxtarlı bu təyinata qədər Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

1990-cı il martın 3-də Bakı şəhərində anadan olan Nihad Muxtarlı 2007-ci ildə 289 saylı “Zəngi” liseyini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.

2011–2012-ci illərdə Şimali Kiprdə ingilis dili proqramında iştirak edib, 2012–2014-cü illərdə isə İzmir İqtisadiyyat Universitetində biznesin idarəedilməsi üzrə magistratura pilləsini başa vurub. 2014–2017-ci illərdə Qərbi Kaspi Universitetində aspirantura təhsili alıb və 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

2018–2020-ci illərdə Dövlət Məşğulluq Xidmətinin Aparatında müşavir kimi fəaliyyət göstərib. 2020-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.

Mövzuya görə xəbərlər