Son dəqiqə

Hümmət Əliyev Mediasiya Təşkilatı Mediasiya Şurası Quba 1 saylı Mediasiya Təşkilatı İnzibati mediasiya Mediasiyada gizlilik Regional mediasiya təşkilatları Mediasiya institutları Mediasiya təlim proqramları Azərbaycanda mediasiya Hüquq və mediasiya Mediasiyada hüquqi maarifləndirmə Bakıda mediasiya sahəsində beynəlxalq təcrübə mübadiləsi mediasiya mediasiyanın prinsipləri hüquqi mediasiya mediasiya xidmətləri

Hüquq Bələdçisi - Mediasiya subyektləri: Prosesdə kimlər iştirak edir?

BAKI, TurkicWorld

TurkicWorld-nin təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib.

TurkicWorld saytına istinadən Hümmət Əliyevlə aparılan söhbətin növbəti hissəsini təqdim edirik:

– Mediasiya prosesi deyəndə ilk olaraq kimlər nəzərdə tutulur?

Mediasiya prosesinin mərkəzində mediator və mübahisə tərəfləri dayanır. Məhz bu üçlük prosesin əsasını təşkil edir. Zərurət yarandıqda tərəflərin nümayəndələri, vəkillər və ya müvafiq sahə üzrə mütəxəssislər də prosesə cəlb oluna bilər. Əsas məqsəd isə tərəfləri eyni masa arxasında anlaşmaya gətirməkdir.

– Mediatorun hüquqi statusu nəyə əsaslanır?

Mediatorun fəaliyyəti “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mediator müstəqil və neytral şəxsdir. O, heç bir tərəfin mövqeyini müdafiə etmir və qərar qəbul etmir. Mediatorun əsas rolu dialoq qurmaq, tərəflərin bir-birini anlamasına şərait yaratmaqdır.

– Mediasiya prosesində nümayəndə və ya vəkilin iştirakı mümkündürmü?

Bəli, qanunvericilik tərəflərə nümayəndə və ya vəkil vasitəsilə iştirak imkanı yaradır. Bununla belə, mediasiyanın effektivliyi tərəflərin birbaşa ünsiyyətindən keçir. Bu səbəbdən mediator çox vaxt tərəflərin şəxsi iştirakını təşviq edir ki, problemin mahiyyəti daha düzgün anlaşılsın.

– Mediasiya təşkilatları bu prosesdə hansı rolu oynayır?

Mediasiya təşkilatları mediasiya xidmətlərinin təşkilində və sistemli şəkildə həyata keçirilməsində mühüm rol oynayır. Onlar mediatorların fəaliyyətini əlaqələndirir, vətəndaşlara müraciət imkanlarını asanlaşdırır və mediasiya institutunun cəmiyyətdə tanıdılmasına töhfə verir.

– Dövlət mediasiya sisteminə necə nəzarət edir?

Dövlət mediasiya sisteminə Mediasiya Şurası vasitəsilə nəzarət edir. Bu nəzarət mediatorların peşəkar fəaliyyətinin təmin olunmasına, qanunvericiliyin tələblərinə əməl edilməsinə və mediasiya institutuna ictimai etimadın qorunmasına xidmət edir.

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]

Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44

Mövzuya görə xəbərlər