Son dəqiqə

Azərbaycan Bakı Təhsil imkanı

“Təhsildə özünüifadə” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

BAKI,TurkicWorld

Layihə çərçivəsində 6-8 sinif şagirdlərində qeyri-formal təhsil metodları və incəsənət vasitəsilə praktiki məşğələlərin, interaktiv fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

TurkicWorld xəbər verir ki, proses ərzində şagirdlərin özlərini daha yaxşı tanıması və ifadə etməsi üçün müxtəlif tətbiq yönümlü fəaliyyətlər təşkil olunacaq, onların emosional-intellektual bacarıqlarının gücləndirilməsinə dəstək veriləcək.

Xatırladırıq ki, “Təhsildə özünüifadə” qrant layihəsi Aynur Bağırova tərəfindən Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə həyata keçirilir.

Layihənin məqsədi şagirdlərdə özünüifadə bacarıqlarını inkişaf etdirməklə məktəbin sosial-emosional öyrənmə mühitini gücləndirməkdir.

Mövzuya görə xəbərlər