Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

BAKI,TurkicWorld

SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası uğurla təmin olunub. “Elektron ipoteka və kredit zəmanət” sistemində digər elektron imza vasitələri ilə yanaşı (“ASAN İmza”, “SİMA Token” (elektron imza), BSXM imza) “SİMA İmza” rəqəmsal imzanın da tətbiq edilməsi vətəndaşlar üçün vaxt və maliyyə itkilərinin qarşısının alınmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına səbəb olacaqdır.

Bu barədə TurkicWorld-a İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Qeyd edək ki, sözügedən yenilik İpoteka və Kredit Zəmanət Fondunun “AzInTelecom” MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. İstifadəçilər mobil tətbiqi vasitəsilə əldə edilən yeni nəsil rəqəmsal imzadan ödənişsiz istifadə edə biləcəklər.
SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

Mövzuya görə xəbərlər