Son dəqiqə

Azərbaycan Bakı Bakı Fond Birjası (BFB) İpoteka və Kredit Zəmanət Fondu

İpoteka və Kredit Zəmanəti Fondunun 50 milyon manatlıq istiqrazları BFB-də hərraca çıxarılır

BAKI,TurkicWorld

6 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

TurkicWorld xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2109008683

Emissiya həcmi

50 000 000 manat

Nominal qiyməti

1 000.00 manat

Hərrac qiyməti

1 000.00 manat

İstiqrazların tədavül müddəti

7200 gün

Faiz dərəcəsi

3.25%

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“İnvest-Az İ.Ş” QSC

Mövzuya görə xəbərlər