BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Hidayət Abdullayev fevralın 13-də Astara rayonunda, Rəşad Mustafayev isə Biləsuvar rayonunda sakinləri qəbul edəcəklər.
TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat yayıb.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 4 - 10 fevral tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.







