BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Beş il əvvəl qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ay ərzində yenidən əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.
TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilən aralıq dövr üzrə də əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 56,3 min şəxs həmin ödənişlərlə təmin edilib.
Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki dövr üzrə ümumilikdə 34 mln. manat vəsait ödənilib.






