Son dəqiqə

Azərbaycan Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı ƏƏSMN Abşeron yarımadası Sumqayıt Dövlət sosial müdafiə fondu

Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdırıldı

BAKI, TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

TurkicWorld Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Mövzuya görə xəbərlər