Son dəqiqə

Hümmət Əliyev Mediasiya Təşkilatı Mediasiya Şurası Quba 1 saylı Mediasiya Təşkilatı İnzibati mediasiya Regional mediasiya təşkilatları Mediasiya institutları Mediasiya təlim proqramları Azərbaycanda mediasiya Hüquq və mediasiya Mediasiyada hüquqi maarifləndirmə

Hüquq Bələdçisi - Mediasiyanın hüquqi əhəmiyyəti

BAKI, TurkicWorld, Nailə Babazadə

TurkicWorld-ün təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin hüquqi tərəfləri, könüllülük prinsipi və tərəflərin bərabərliyi barədə sualları cavablandırıb.

TurkicWorld saytına istinadən Hümmət Əliyevlə aparılan söhbətin növbəti hissəsini təqdim edirik:

Mediasiya qanunla tənzimlənən hüquqi mexanizmdir

Mediasiya mübahisələrin məhkəmədən kənar, lakin dövlət tərəfindən qanunla tanınan və tənzimlənən həll mexanizmidir. Hümmət Əliyevin sözlərinə görə, bu proses tərəflərə problemi bitərəf mediatorun iştirakı ilə, qarşılıqlı razılaşma yolu ilə həll etmək imkanı yaradır. Hər neçə mediasiya klassik məhkəmə prosesi olmasa da, müəyyən edilmiş hüquqi çərçivəyə malikdir və yekunda əldə olunan nəticə hüquqi əhəmiyyət daşıyır.

Könüllülük mediasiyanın təməl daşıdır

Mediasiya prosesinin əsasını könüllülük prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər mediasiyaya öz istəkləri ilə müraciət edir və prosesin istənilən mərhələsində onu dayandırmaq hüququna malikdirlər. Mediator vurğulayır ki, heç bir tərəf razılaşmaya məcbur edilmir və əldə olunan nəticə yalnız tərəflərin sərbəst iradəsinə əsaslanır.

Tərəflərin hüquqları bərabərlik və məxfiliklə qorunur

Mediasiya prosesində vətəndaşların hüquqları bir neçə mexanizmlə qorunur. Mediatorun bitərəf və müstəqil mövqeyi burada ən vacib amildir. Müzakirələr məxfi şəkildə aparılır və hər iki tərəfə bərabər söz haqqı tanınır. Tərəflərin sosial statusundan, vəzifəsindən və ya hüquqi bilik səviyyəsindən asılı olmayaraq prosesdə eyni imkanlara malik olması bərabərlik prinsipinin əsasını təşkil edir. Mediator bu balansın qorunmasına nəzarət edir və heç bir tərəfin üstün mövqedə olmasına yol vermir.

Mediasiya məhkəməyə müraciət hüququnu məhdudlaşdırmır

Hüquqi baxımdan mediasiya məhkəməni, hakimi və ya rəsmi qərarvermə səlahiyyətini əvəz etmir. Mediator qərar qəbul edən şəxs deyil, sadəcə tərəflərə ortaq məxrəcə gəlməkdə kömək edən tərəfdaşdır. Əgər mediasiya nəticəsində razılaşma əldə olunmazsa, tərəflərin məhkəməyə müraciət etmək hüququ tam şəkildə saxlanılır. Bu baxımdan mediasiya məhkəməni tamamlayan daha çevik və səmərəli bir vasitədir.

Qeyd: Mediasiya mübahisələrin daha sürətli, qarşıdurmasız və sivil dialoq yolu ilə həllinə imkan yaradan müasir hüquqi mexanizm kimi cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]

Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44

Mövzuya görə xəbərlər