Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Hakaton Dövlət sosial xidmətlərinin rəqəmsallaşması prosesi e-sosial platformasının funksionallığının genişləndirilməsi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

Nazirliyin qurumları arasında e-xidmətlərlə bağlı hakaton keçirilib

BAKI, TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində sosial sahə üzrə elektron xidmətlərin təşviqinə həsr olunmuş hakaton təşkil olunub.

TurkicWorld xəbər verir ki, hakatonda Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 12 komanda iştirak edib.

Tədbir zamanı e-sosial platformasının funksionallığının genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və vətəndaşlar üçün daha əlçatan, effektiv rəqəmsal xidmətlərin yaradılması ilə bağlı ideyalar, təkliflər təqdim edilib.

Dövlət sosial xidmətlərinin rəqəmsallaşması prosesində qurumlar arasında institusional əməkdaşlığın gücləndirilməsinə hədəflən hakatonda ən yaxşı nəticə göstərən üç komandaya mükafatlar təqdim edilib.

Mövzuya görə xəbərlər