Bakı. TurkicWorld:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Bu barədə ƏƏSMN-dan məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.







