BAKI, TurkicWorld, Nailə Babazadə
Hümmət Əliyev – hüquqşünas və mediator – TurkicWorld-a verdiyi müsahibədə 2025-ci ilin mediasiya sahəsi üçün əhəmiyyətini və gələcək hədəfləri dəyərləndirib.
2025-ci il: Mediasiya sahəsi üçün dönüş ili
Hümmət Əliyev bildirib ki, 2025-ci il həm institusional, həm də ictimai baxımdan mediasiya üçün mühüm dönüş ili oldu. Cəmiyyət artıq mübahisələrin yalnız məhkəmə yolu ilə deyil, dialoq və qarşılıqlı anlaşma əsasında da həll edilə biləcəyini qəbul edir. Bu il mediasiya mexanizmlərinin praktik tətbiqi daha da genişləndiyi qeyd olunub.
Əsas irəliləyişlər
Hümmət Əliyev diqqətə çatdırıb ki, barışıq sazişlərinin sayı və keyfiyyəti artıb, mediasiya prosesində tərəflərin hüquq və maraqları balanslı şəkildə qorunub. Regionlarda mediasiya mərkəzlərinin aktivliyi yüksəlib və vətəndaşlar üçün əlçatanlıq xeyli artırılıb.
Cəmiyyət üçün mediasiyanın rolu
Mediator qeyd edib ki, mediasiya yalnız hüquqi mexanizm deyil, eyni zamanda sosial mədəniyyət formalaşdıran bir prosesdir. Bu, insanları dinləməyə, qarşı tərəfi anlamağa və kompromisə açıq olmağa təşviq edir. Bu yanaşma ailə münasibətlərindən tutmuş biznes və icma səviyyəsində münasibətlərə qədər geniş təsir göstərir və sosial gərginliyin azalmasına xidmət edir.
Regionlarda inkişaf
Hümmət Əliyev vurğulayıb ki, xüsusilə şimal bölgəsində mediasiya xidmətlərinə maraq əhəmiyyətli dərəcədə artıb. İnsanlar mediasiyanın sürətli, xərci az və nəticəyönümlü olduğunu praktik olaraq görüb. Bu da mediasiyanın yalnız paytaxt mərkəzli olmadığını, ölkənin bütün bölgələri üçün effektiv hüquqi alət olduğunu göstərir.
2026-cı il üçün hədəflər
Hümmət Əliyev bildirib ki, əsas hədəf mediasiya mədəniyyətini daha da dərinləşdirmək, xüsusilə gənclər arasında bu yanaşmanı təşviq etməkdir. Maarifləndirmə tədbirlərinin genişləndirilməsi, dövlət qurumları və ictimai institutlarla əməkdaşlığın gücləndirilməsi prioritet olacaq. O, inanır ki, mediasiya gələcək illərdə cəmiyyətimizdə mübahisələrin həllində əsas mexanizmlərdən birinə çevriləcək.
Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]
Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44




