Son dəqiqə

Azərbaycan BMT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı ƏƏSMN Rəşad Mustafayev

Sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib - Nazir müavini

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

6 il ərzində ardıcıl şəkildə həyata keçirilən 5 sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib.

TurkicWorld xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə tam inteqrasiyası ölkəmizin sosial siyasətinin prioritet istiqamətlərindən biridir:

"6 il ərzində ardıcıl şəkildə həyata keçirilən 5 sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib. Bu islahatların nəticəsində sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 7,6 milyard manat əlavə vəsait ayrılıb. Əlilliyi olan şəxslərə verilən pensiyalar, müavinətlər və təqaüdlərdə ciddi artımlar təmin olub.
Eyni zamanda, ölkəmizdə müasir reabilitasiya sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilmiş və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan yeni reabilitasiya metodlarının tətbiqinə başlanıb. Bu addımlar əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsinə və onların aktiv cəmiyyət üzvü kimi iştirakına xidmət edir".

Mövzuya görə xəbərlər