Son dəqiqə

Azərbaycan BMT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı ƏƏSMN Rəşad Mustafayev Əlilliyi Olan Şəxslər üçün Müstəqil Yaşayış Mərkəzi Aydın Xəlilov Vladanka Andreeva

Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir.

TurkicWorld xəbər verir ki, seminarda media nümayəndələri, Əlilliyi Olan Şəxslərin Təşkilatları, BMT Kommunikasiya Qrupu və BMT İnklüzivlik üzrə İşçi Qrupu, əlillik hüquqları üzrə ekspertlər iştirak edirlər.

Seminar media peşəkarları arasında inklüziv dil və əlillik mövzularının məsuliyyətli işləndirilməsi barədə məlumatlılığı artırmaq, media qurumları, Əlilliyi Olan Şəxslərin Təşkilatları, ƏƏSMN və BMT sistemi arasında əməkdaşlığı gücləndirmək, media nümayəndələri üçün ayrı-seçkilikdən uzaq və səlahiyyətləndirən (gücləndirici) dilin istifadəsinə dair praktiki alətlər və nümunələr təqdim etmək, əlilliyi olan şəxslərlə media arasında dialoq platforması yaratmaq və onların hekayələrinin ləyaqət, bərabərlik və şəxsiyyəti əks etdirməsini təşviq etmək məqsədi daşıyır.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edəcəklər.

Seminar çərçivəsində “Seçdiyimiz Sözlər” adlı interaktiv səhnə və Azərbaycanda medianın əlilliyi təsvir-təhlilində dildən istifadə barədə interaktiv çalışma təşkil ediləcək.

Sonra isə "Əlillik və inklüzivliyin dərkı – əsas anlayışlar və terminologiya" mövzusunda Əlilliyi Olan Şəxslər üçün Müstəqil Yaşayış Mərkəzinin nümayəndəsi Aydın Xəlilov, BMT İnklüzivlik üzrə İşçi qrupunun Koordinatoru Gülər Fətəlinin təqdimatları olacaq.

Mövzuya görə xəbərlər