BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Dekabrın 12-də müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi, eləcə də “R.V. Investment Group Services, LLC” şirkətinin nümayəndələri ilə birgə Fəxri Xiyabanı ziyarət ediblər.
AzerGold-dan TurkicWorld-a verilən məlumata görə, ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər







