BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Dekabrın 12-də Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və AZƏRTAC-ın rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gediblər.
MEDİA-dan TurkicWorld-a verilən məlumata görə, onlar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.







