Azərbaycan Bakı Azərbaycan Dəmir Yolları QSC Asiya İnfrastruktur İnvestisiya Bankı

Bakıda Asiya İnkişaf Bankının dəstəyi ilə dəmir yollarının karbonsuzlaşdırılması üzrə layihənin təqdimatı keçirilir

BAKI,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC və Asiya İnkişaf Bankının (AİB) əməkdaşlığı çərçivəsində Bakıda karbonsuzlaşdırma üzrə layihənin təqdimatı keçirilir.

TurkicWorld xəbər verir ki, layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləməyə, həmçinin müasir və rəqabətqabiliyyətli, aşağı karbon emissiyalı dəmir yolu sisteminin inkişafına hədəflənib.

Təşəbbüs infrastrukturun modernləşdirilməsini, enerji səmərəli həllərin tətbiqini və dəmir yolu sektorunda daha ekoloji texnologiyalara keçidi ehtiva edir.

Tədbirdə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal, ADY-nın sədri Rövşən Rüstəmov, eləcə də AİB-in Energetika İdarəsinin inkişaf etməkdə olan regionlar üzrə direktoru Sindi Sisneros-Tianko iştirak edəcək.

Qeyd edək ki, 2025-ci ilin aprelində AİB ADY-nin karbonsuzlaşdırma layihəsinin icrası üçün kredit vəsaitinin ayrılmasını təsdiqləyib. Layihə çərçivəsində Texniki Yardım üzrə Xüsusi Fonddan 250 000 ABŞ dolları, habelə İnnovasiyalar Fondu vasitəsilə isə 1 milyon ABŞ dolları ayrılacaq.

Mövzuya görə xəbərlər