Son dəqiqə

Azərbaycan Bakı Sahil Babayev İordaniya Maliyyə nazirliyi ikitərəfli əməkdaşlıq

Azərbaycanda 30 İordaniya şirkəti qeydiyyatdan keçib - Sahil Babayev

BAKI, TurkicWorld

Azərbaycanda 30 İordaniya şirkəti qeydiyyatdan keçib.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Bakıda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında bildirib.

Nazirin sözlərinə görə, bu şirkətlərin 19-u qeyri-xammal sektorunda aktiv şəkildə fəaliyyət göstərir.

"Hesab edirik ki, hər iki ölkənin investisiya potensialının daha da inkişafı daha geniş və irimiqyaslı layihələrə gətirib çıxaracaq", – deyə o qeyd edib.

S. Babayev həmçinin İordaniya şirkətləri ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi və Azərbaycan şirkətlərinin İordaniya bazarında iştirakı üçün müvafiq platformaların yaradılmasının zəruri olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər