Azərbaycan Pərviz Şahbazov Energetika Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zəfər Günü Zəfər paradı

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

BAKI,TurkicWorld

Zəfər Gününün 5-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini anmaq, həmçinin ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində birgə fəaliyyəti təşviq etmək məqsədi daşıyan aksiyada energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov,Energetika Nazirliyinin aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.

Tədbir çərçivəsində 2 hektar ərazidə 1200-dən çox eldar şamı və zeytun ağacları əkilib.

Mövzuya görə xəbərlər