Azərbaycan Əminə Yusifqızı Azərbaycanın Xalq artisti Xalq artisti Şöhrət ordeni

Xalq artisti Əminə Yusifqızı vəfat edib

BAKI,TurkicWorld

Xalq artisti Əminə Yusifqızı vəfat edib.

Bu barədə TurkicWorld-ə Xalq artistinin yaxınları bildirib.

Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda doğulub.

Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib. O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.

Mövzuya görə xəbərlər