Son dəqiqə

Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatı (TDT) Qəbələ

Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirməyi planlaşdırırıq - Berdiməhəmmədov

BAKI, TurkicWorld

Türkdilli dövlətlər arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirməyi planlaşdırırıq.

Trend xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhəmmədov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı danışıb.

"Xüsusilə mədəniyyət günləri, sərgilər, film festivalları və artıq həyata keçirilmiş və davam etdirilən digər iri tədbirlər keçirmək ənənəsinin davam etdirilməsi vacibdir. Biz bu sahədə ölkələrimizin topladığı zəngin təcrübənin qorunmalı və inkişaf etdirilməli olduğuna əminik", - deyə Q.Berdimuhəmmədov qeyd edib.

Mövzuya görə xəbərlər