Son dəqiqə

Azərbaycan Türkiyə MÜSİAD KOBİA Orxan Məmmədov MÜSİAD Azərbaycan Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Burhan Özdemir

KOBİA və MÜSİAD əməkdaşlığı gücləndirir

BAKI, TurkicWorld, Nailə Babazadə

ABŞ-a səfərləri çərçivəsində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) prezidenti Burhan Özdemir və nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla Nyu-Yorkda görüşüblər.

TurkicWorld xəbər verir ki, görüş zamanı Azərbaycan və Türk Dövlətlər Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadilələri aparılıb.

1990-cı ildə təsis edilən və 85 ölkədə 60 min şirkəti birləşdirən MÜSİAD, güclü iqtisadi əlaqələrin və yeni sərmayə imkanlarının inkişafına xidmət edən qlobal platforma olaraq fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər