Son dəqiqə

Azərbaycan Qazaxıstan Daxili İşlər Nazirliyi Vilayət Eyvazov Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi

Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşüb

Bakı, TurkicWorld

Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən TurkicWorld-ə verilən məlumata görə, nazir general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb.

Bildirilib ki, qonaqları salamlayan nazir V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib. O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılan normativ-hüquqi bazanın xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

General-mayor Ansaqan Baltabekov səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə tanış olublar.

Mövzuya görə xəbərlər