Bakı, TurkicWorld
8-ci UID Genel Başkanı Kenan Aslan və onun rəhbərlik etdiyi heyət, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb.
Bu barədə TurkicWorld -ə MÜSİAD-dan məlumat verilib.
Görüş zamanı hər iki qurum öz fəaliyyətləri haqqında məlumat verib və gələcək planları barədə müzakirələr aparıb.
Rəşad Cabirli Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli bir yol xəritəsi olduğunu vurğulayıb.
O, həmçinin Azərbaycanın Türkiyədə, xüsusilə Türk iş adamları arasında daha geniş tanıdılması məqsədilə "Azərbaycan’a gəlmək üçün #101NEDEN" adlı kitabın nəşr olunduğunu və bu kitabın bir çox iş adamlarına təqdim edildiyini qeyd edib.
Kitab, görüş zamanı UID Genel Başkanı Kenan Aslana təqdim edilib.
Ziyarətlərinə görə qonaqlara təşəkkür edib, fəaliyyətlərində uğurlar arzu ediblər.