Bakı, TurkicWorld
Quba İş Adamlarına Dəstək-QİAD İdarə Heyəti üzvləriylə birlikdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov və bərabərindəki heyətlə görüşüblər
TurkicWorld xəbər verir ki, görüş zamanı “QİAD”-ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında RİH başçısına məlumat verilib. Daha sonra regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına təkan vermək, yerli iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda bölgəyə investisiyaların cəlb olunmasının qarşımızda duran vacib prioritetlərdən biri olduğu bildirilib.
İlqar Mahmudov 25 Oktyabrda Qubada keçiriləcək “Sahibkarlarla Görüş” tədbirinin əhəmiyyətini vurğulayıb və “QİAD”-ın gələcək fəaliyyətində mümkün dəstəyini əsirgəməyəcəyini bildirib.
Sonra isə cənab başçıya səmimi qəbula və dəstəklərinə görə dərin təşəkkürlərini bildiriblər.