Quba İş Adamlarına Dəstək birliyi

Quba İş Adamlarına Dəstək birliyi təsis edilir

Bakı, TurkicWorld

Quba İş Adamlarına Dəstək (QİAD) birliyi təsis edilir.

TurkicWorld xəbər verir ki, birliyin missiyası regionda fəaliyyət göstərən iş adamlarını dəstəkləyərək onların inkişafına təkan verməkdir.

QİAD, iş dünyası ilə ictimaiyyət arasında güclü əlaqələrin qurulmasına, iş adamlarının bilik və bacarıqlarının artırılmasına, innovasiyaların tətbiqinə və sosial məsuliyyətin təşviqinə yönəlmiş layihələr həyata keçirməyi planlaşdırır.

"Quba İş Adamlarına Dəstək” birliyi regionların sosial-iqtisadı inkişafı dövlət proqramı çərçivəsində Azərbaycanın hər regionunda formalaşan biznes mühitinə dəstək verməyi hədəfləyir.

Birlik bölgədə iqtisadi tərəqqinin dəstəklənməsi, ticarətin artırlması, investisiyaların cəlb olunması üçün səy göstərməyi, sahibkarlara dəstək olmağı planlayır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər