Son dəqiqə

UNESCO Reza Deqati

"İpək Yolları Gənclərin Gözü ilə" fotomüsabiqəsinə qeydiyyat davam edir

Bakı,TurkicWorld

Məşhur fotoqraf Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılan “İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) adlı fotomüsabiqə artıq 6-cı ildir ki, keçirilir. Bu il müsabiqəyə may ayında start verilib.

TurkicWorld xəbər verir ki, müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, fotoşəkillər peşəkar fotoalbomda nəşr olunacaq.

Müsabiqəyə 14-17 və 18-25 yaş kateqoriyasında olan yeniyetmə və gənc fotoqraflar müraciət edə bilər.

Əlavə məlumat üçün: https://unescosilkroadphotocontest.org/en/participate səhifəsinə daxil ola bilərsiniz.

Mövzuya görə xəbərlər