Son dəqiqə

Azərbaycan Türk dünyası Özbəkistan UNESCO ICESCO Mədəniyyət Nazirliyi Adil Kərimli Namanqan Əndican

Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb

BAKI,TurkicWorld

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə başlayıb.

TurkicWorld xəbər verir ki, səfər 23 iyun tarixində həyata keçirilib.

Məlumata görə, nümayəndə heyəti Namanqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında keçirilən III Beynəlxalq Məqam Sənəti Forumunda iştirak edəcək.

Həmçinin heyət Əndican şəhərində təşkil olunan “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində də yer alacaq.

III Beynəlxalq Məqam Sənəti Forumu 23–26 iyun tarixlərində keçirilir və muğam sənətinin qorunması, təbliği və beynəlxalq əməkdaşlığın inkişafına həsr olunub.

Forum çərçivəsində elmi-praktik konfranslar, konsert proqramları, ustad dərsləri və yaradıcılıq müzakirələri təşkil ediləcək.

Əndicanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi isə ortaq mədəni irsin təşviqi və humanitar əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.

Nümayəndə heyətinin bu tədbirlərdə iştirakı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında nəzərdə tutulan beynəlxalq mədəni əməkdaşlıq prioritetlərinin icrası baxımından əhəmiyyətli hesab olunur.

Mövzuya görə xəbərlər