Son dəqiqə

Malayziya

Diplomlaşdırılmış açıq və məsafəli təhsil proqramı nədir?

Bakı, TurkicWorld

Lingva Tədris Mərkəzi Malayziyanın ən nüfuzlu universitetlərindən biri olan SEGi University ilə Biznes, Təhsil və Restoran&Otelçilik sektor çalışanları və idarəçiləri üçün diplomlaşdırılmış açıq və məsafəli inkişaf proqramına start vermişdir.

Lingvadan məsafəli inkişaf proqramı təklifi

– Ümumiyyətlə, açıq və məsafəli təhsil proqramı nə deməkdir?

– Açıq və məsafəli təhsil, ingilis dilində Open Distance Learning program adlanır. Bu proqram dünyanın bir çox ölkələrində tətbiq olunur və məqsədi ölkəni tərk etmədən xüsusən karyera inkişafı üçün lazım olan bilik və bacarıqların çevik alınmasıdır. Yəni siz ODL proqramına qatılaraq, universitet təhsili üçün başvurmadan belə sizə, yaxud şirkətinizə cari anda lazım olan bilik və bacarıqları əldə edirsiniz

– Açıq və məsafəli təhsil proqramının üstünlükləri nələrdir?

– ODL – pul, vaxt və resurslara maksimum qənaət məqsədi ilə hazırlanıb. Eyni zamanda, peşəkar diplom kursları çərçivəsində alınan biliklər şirkətilərə də işçilərinin sahib olacağ yeni bacarıqlarından yararlanaraq, fərqli inkişaf mərhələsinə qədəm qoymağa səbəb olacaq. Nümunə üzərində desək, şirkət potensialı olan mühasibindən maliyyəçi, yaxud data analitik kimi istifadə etmək istəyir, universitet başvurusu etmədən belə, əməkdaşını 3-5 aylıq peşəkar kurslara qoşur, işçi məhz şirkətə lazım olan konkret biliklər alır və nəticədə şirkət etibar etdiyi və ona daha loyal olacaq əməkdaşından maksimal faydalanır. Qeyd edək ki, eyni qabiliyyət və biliklərə malik işçini kənardan şirkətə cəlb etmək qat-qat daha bahalı olacaq.

– SEGi University ilə birgə təşkil edilən açıq və məsafəli təhsil proqram hansı sahələri əhatə edir?

– SEGi Malayziyanın ən nüfuzlu universitetlərindən biridir və 50 ildən çox yaşı var. Bu universitet tərəfindən təklif edilən açıq və məsafəli kurslar biznes, otelçilik və restoran sektoru, maliyyə, mühasibatlıq, marketinq, insan resursları, menecment, təhsil kimi sahələri əhatə edir. Bu sahələrin hər biri üzrə məhz sizə, yaxud şirkətinizə lazım olan istiqaməti dəqiq seçə bilirsiniz. Proqramın üstün tərəflərindən biri də odur ki, götürdüyünüz kurslar həm ayrı-ayrılıqda sizə diplom qazandırır, həm də ümumi təhsil pilləsinin (məsələn Diplom, yaxud Bakalavr dərəcəsi) tərkib hissəsi kimi çıxış edir. Yəni siz 5 yaxud 10 il ərzində sizə uyğun olan büdcə və qrafiklə hər hansı bir dərəcə üçün tələb olunan kurslardan keçib yeni təhsil dərəcəsi də qazana bilirsiniz

– SEGi University-nin təklif etdiyi açıq və məsafəli təhsil proqramın digərlərindən fərqi nələrdir?

– Qeyd etdiyimiz kimi, ODL bütün dünyada aktiv şəkildə iştifadə olunan bir təhsil formasıdır və xüsusən çalışan insanlar üçün unikal inkişaf imkanıdır. SEGi tərəfindən təklif olunan proqramın üstünlükləri kursların aktuallığı və verilən biliklərin çağdaş və praktiki olması, yüksək texnoloji dəstək və qiymətidir. Bildirək ki, analoji proqramlar digər ölkələrdə 2-3 dəfə daha bahadır. Eyni zamanda, Malayziya təhsil sisteminin tələbləri yüksək olduğundan və ölkənin inkişaf səviyyəsini nəzərə alaraq, alınan bilik və bacarıqların keyfiyyətinin zəmanət altında olduğunu əminliklə söyləmək olur.

– ODL kursları adətən nə qədər davam edir?

– Diplom kursları adətən 3-4 ay davam edir. Bu müddət ərzində siz universitetin yaratdığı platforma üzərindən qeydiyyatdan keçərək mühasirələr, resurslar, interaktiv sessiyalarda iştirak edirsiniz və sonda verilən biliklər imthan vasitəsi ilə yoxlanılır. Uğurlu namizədlər universitetin diplomunu qazanırlar.

– Verilən diplomlar tanınırmı?

– SEGi University Malayziya və bütün dünyada tanınan və qəbul edilən, eyni zamanda Qərb universitetləri ilə ikili diplom proqramları təmin edən təhsil qurumudur. Universitet tərəfindən verilən diplom və sertifikatlar bütün dünyada tanınır

– ODL proqramı üzrə ödənişlər nə qədərdir?

– ODL sizə bilet, yaşam xərclərinə qənaət edərək, optimal təhsil almağa yardım edir. Təklif olunan kurslar üçün ödənişlər 500USD-dən başlayır. Yeni dərəcə qazanmaq arzusunda olanlar isə özlərinin zaman və büdcəsinə uyğun diplom proqramları əldə edərək,gələcəkdə isə təhsil dərəcələrini tamamlamaq üçün Malayziyaya qısa müddətli səyahət edərək karyera yüksəlişinə nail ola bilərlər.

Aşağıdakı nömrələrlə əlaqə saxlayaraq size maraqlandıran suallara cavab tapa bilərsiniz:

+994 51 897 4848 (phone)
+994 51 830 5353 (whats app)

Mövzuya görə xəbərlər