Son dəqiqə

Müdafiə Sənayesi Nazirliyi

Aqil Qurbanov “Azərsilah”ın Müşahidə Şurasının sədri təyin edilib

Bakı. TurkicWorld:

Martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, toplantıda Müşahidə Şurasının sədri Aqil Qurbanov, Şuranın üzvləri Hidayət Əzimov və Anar Məmmədov iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Fərmanından irəli gələn tapşırıqların icra statusu və "Azərsilah" Müdafiə Sənayesi Holdinqi"nin 2024-cü il üçün fəaliyyət istiqamətləri üzrə planları dinlənilərək müvafiq qərarlar qəbul edilib.

Mövzuya görə xəbərlər