Son dəqiqə

İran Müdafiə Sənayesi Nazirliyi Yaxın Şərq Hərbi texnologiyalar pilotsuz uçuş aparatı Məcid İbn ər-Rza

İran müharibə dövründə pilotsuz uçuş aparatlarının istehsalını üç dəfə artırdığını açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran müharibə dövründə pilotsuz uçuş aparatlarının istehsal gücünü üç dəfə artırıb. Bu barədə ölkənin müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid İbn ər-Rza bildirib.

TurkicWorld xəbər verir ki, Məcid İbn ər-Rzanın sözlərinə görə, müasir texnologiyalara qoyulan sərmayələr və ölkənin elmi potensialı İranın müdafiə qabiliyyətinin əsas dayaqlarından birinə çevrilib. O qeyd edib ki, son müharibə bu imkanların praktiki nəticələrini nümayiş etdirib.

Nazir vəzifəsini icra edən şəxs bildirib ki, döyüşlərin ən gərgin dövründə belə müdafiə sənayesində istehsal prosesi dayanmayıb. Onun sözlərinə görə, həmin müddətdə pilotsuz uçuş aparatlarının istehsal gücü üç dəfə artırılıb.

Məcid İbn ər-Rza vurğulayıb ki, müdafiə sənayesində əldə olunan nəticələr İranın texnoloji imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən investisiyaların səmərəsini göstərir.

Mövzuya görə xəbərlər