Son dəqiqə

Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Sərhəddə gözləmədə olan yük avtomobillərinin sayı açıqlanıb

Bakı. TurkicWorld:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Bu barədə TurkicWorld-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata əsasən, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 4, “Biləsuvar” gömrük postunda 65, “Qırmızı Körpü” gömrük postunda 827, “Mazımqara” gömrük postunda 53, “Samur” gömrük postunda 28 və “Xanoba” gömrük postunda 7 yük maşını var.

Mövzuya görə xəbərlər