Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla bölüşməyə hazırıq - Cahit Bağcı

Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla bölüşməyə hazırıq - Cahit Bağcı

Bakı. TurkicWorld:

"Şuşa Bəyannaməsi" yalnızca Türkiyə və Azərbaycan dövlət başçılarının siyasi iradəsini əks etdirmir, eyni zamanda millətin də iradəsini əks etdirir.

TurkicWorld xəbər verir ki bu barədəTürkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Ulu öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda seminarın açılış mərasimində çıxışı zamanı bildirib.

"Bu bəyannamə münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva edir. Biz bugün akademik sahədə münasibətlərin genişləndirilməsindən danışırıq. Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla bölüşməyə hazırıq. Bundan sonra da xüsusilə qurumlarımızın bir-birilə daha da yaxınlaşmasında akademik sahədə mübadilənin faydası olacağını düşünürəm",- deyə səfir əlavə edib.

Qeyd edək ki, "Ulu öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda keçirilən seminar keçirilir. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmaz, Ankara Universitetinin rektoru Necdet Ünüvar, universitetin Tibbi biliklər fakültəsinin dekanı Emine Özmete və digər qonaqlar iştirak edir.