Son dəqiqə

Azərbaycan Cüdo Avstraliya

Okeaniya turniri: Cüdoçumuz finalda

Bakı. TurkicWorld:

Avstraliyanın Pert şəhərində keçirilən cüdo üzrə açıq Okeaniya turniri bu gün başa çatacaq.

İdman.biz xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Okeaniya turniri
Kişilər
90 kq

Murad Fətiyev ilk görüşdə Qustavo Assislə (Braziliya) qarşılaşıb və qələbə qazanıb. O, ardınca Sami Çouçini (Belçika) də məğlub edərək, yarımfinala yüksəlib. Fətiyev bu mərhələdə Camal Petqravdan (Böyük Britaniya) üstün olub. O, finalda estoniyalı Kristofer Kalyulaidlə güləşəcək.

Ondan fərqli, Elcan Hacıyev ilk döyüşündə Luis Qaqnon Krieberə (Kanada) uduzub.

Qeyd edək ki, millimizin heyətində yarışın ilk günündə Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıb.

İdman.biz

Mövzuya görə xəbərlər