Son dəqiqə

Azərbaycan Taekvondo

Taekvondoçumuz İordaniyada qızıl medal qazanıb

Bakı. TurkicWorld:

Azərbaycan teakvondoçusu Qaşım Maqomedov İordaniyada beynəlxalq Prezident kubokunda qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan idmançı bütün döyüşlərini qələbə ilə başa vurub.

O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi olan cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada təlim-məşq toplanışının ardınca burada Prezident kubokuna qatılıblar.

İdman.biz

Mövzuya görə xəbərlər