Son dəqiqə

Azərbaycan Cüdo

32 cüdoçumuz Avropa Kubokunda iştirak edəcək

Bakı. TurkicWorld:

Noyabrın 11-12-də Macarıstanın Dyor şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, turnirdə 27 ölkədən 527 idmançı iştirak edəcək.

Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunacaq.vCüdoçulara yeniyetmələrdən ibarət milli yığmanın məşqçisi Nicat Şıxəlizadə rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri İslam Nəcəfquluyev, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Akif Tahirov və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.

Yığmanın heyəti

50 kq
Emil Səfərov
İsmayıl Vəlizadə
Sahib Məmmədov

55 kq
Telman Abdullayev
Şirin Hüseynov

60 kq
Ayxan Ələkbərov
Vasif Səfərov
Ziya Quliyev
Özqan Quliyev
Yusif Abbasov

66 kq
Səid Şərifov
Əli Hümbətov
Ümud Qurbanov
Kənan Sadıqov
Əmir Kəlbixanov
Üzeyir Məmmədov
Fərrux Mehdiyev
Sadiq İskəndərov
Mehdi Məmmədov
Muhammad Şıxəlili
Səid Poladov

73 kq
Ağabala Bağırov
Əhməd Mehdiyev
Şamil Sadiqov
Osman Səlimov
Rza Satulayev
Nihad Yahyayev

81 kq
Canpolad Əliyev
Əli Qazıməmmədov
Əmir Xəzriyev
Emin Şirinov

90 kq
Tunar Fərzəliyev

İdman.biz

Mövzuya görə xəbərlər