Son dəqiqə

Azərbaycan Cüdo Avstraliya

Cüdoçumuz Okeaniya turnirində bürünc medal qazanıb

Bakı. TurkicWorld:

Avstraliyanın Pert şəhərində cüdo üzrə açıq Okeaniya turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 idmançısı tatamiyə çıxıb. Onlardan biri bürünc medala yiyələnib.

Okeaniya turniri
Qadınlar
52 kq

Aydan Vəliyeva 1/16 finalda Sofia Fioranı (Argentina) məğlub edib. Cüdoçumuz növbəti mərhələdə Angelika Delqadodan (ABŞ) da güclü olub. Vəliyeva 1/4 finalda Aleksandra Kaleta (Polşa) ilə qarşılaşıb və bu dueldən də qalib ayrılıb.

O, finala gedən yolda ispaniyalı Ariane Toro Soleri sınağa çəkib. Bu dəfə məğlubiyyətə üzülən həmyerlimiz bürünc medal uğrunda Amber Riheullə (Belçika) üz-üzə gəlib və qələbə qazanaraq, 3-cü yeri tutub.

Gültac Məmmədəliyeva də yarışla uğurla başlayıb. O, 1/8 finalda Maharrani Març Mariam (İndoneziya), 1/4 finalda Amber Riheul (Belçika) üzərində qələbə qazanıb. Məmmədəliyeva yarımfinalda çinli Yeqinq Ju (Çin) ilə qarşılaşıb və məğlubiyyətə üzülüb. O, bürünc medal uğrunda görüşdə Aleksandra Kaletaya (Polşa) uduzaraq 5-ci yeri tutub.

57 kq
Fidan Əlizadə startda Lam Nok Yeunqla (Honk Konq) üz-üzə gəlib. Qələbə qazanan idmançı ardınca Lele Nairnedən (Böyük Britaniya) də güclü olub. O, 1/4 finalda polşalı Arleta Podolakla mübarizə aparıb və uduzub. Əlizadə təsəlliverici görüşdə Mina Liberlə (Belçika) də bacarmayıb.

Kişilər
66 kq

Kamran Süleymanov ilk görüşündə Matia Miçelli (İtaliya) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

73 kq
Rəşid Məmmədəliyev 1/16 finalrda Filippe Abel Metellusa (Haiti) qalib gəlsə də, ardınca Luke Davisə (Böyük Britaniya) uduzub.

Nurlan Osmanov (73 kq) öncə Masayuki Teradı (Tailand), daha sonra Valtteri Olini (Finlandiya) mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəlib. O, bu mərhələdə Baysunqur Baqayevə (Serbiya) məğlub olub. Osmanov təsəlliverici görüşdə Cek Yonezuka (ABŞ) ilə də bacarmayıb.

Qeyd edək ki, yarış noyabrın 11-də başa çatacaq. Cüdoçularımızdan Murad Fətiyev Qustavo Assislə (Braziliya), Elcan Hacıyev (hər ikisi 90 kq) Luis Qaqnon Krieberlə (Kanada) güləşəcək.

İdman.biz

Mövzuya görə xəbərlər