Son dəqiqə

Azərbaycan Cüdo

Türk Dövlətləri Universiadasında cüdoçularımız daha 7 medal qazanıb

Bakı. TurkicWorld:

Azərbaycan yığması Qazaxıstanın Türkistan vilayətində təşkil olunan ll Türk Dövlətləri Universiadasında daha 7 medal qazanıb.

İdman.biz xəbər verir ki, yığmamızın hesabına mükafatları cüdoçularımız əlavə ediblər.

Bütün rəqiblərinə qalib gələn Camal Feyziyev (+100 kq) və Südabə Ağayeva (70 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Elnarə Rəşidova (+78 kq) ikinci yeri tutub. Digər cüdoçularımızdan Nərmin Əmirli (78 kq), Nihad Şixəlizadə (90 kq), İlkin Baxşəliyev (100 kq) və Nigar Süleymanova (+78 kq) bürünc medalla kifayətləniblər.

Nəticədə Azərbaycan millisinin hesabındakı medalların sayı 20-yə çatıb. Bu mükafatlardan 12-si cüdoçularımızın, digərləri sərbəst güləşçilərimizin hesabındadır.

Qeyd edək ki, yarışda hər 2 növ üzrə başa çatıb.

İdman.biz

Mövzuya görə xəbərlər