Son dəqiqə

Zəfər Günü

Paytaxt sakinlərinin Zəfər sevinci

Bakı. TurkicWorld:

Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümünü böyük sevinc və qürurla qeyd edir.

TurkicWorld paytaxt sakinlərinin Zəfər Günü sevincinin təqdim edir.

Qeyd edək ki, yürüşlər 4 marşrut üzrə keçirilir:

- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi;

- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti.

Bundan başqa, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

Mövzuya görə xəbərlər