Bakı. TurkicWorld:
Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş “Qələbə qaçışı”nın qalibləri mükafatlandırılıb.
İdman.biz xəbər verir ki, qadınların arasında Ulyana Dadaşova 1-ci, Yuliya Belkova 2-ci, Milana Xəlilova isə 3-cü olub.
Yarışın qaliblərinə mükafatları gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Qaçışın qalibi Aleksandr Yatsenka olub. O, 10 km məsafəni hamıdan tez qət edib. Finiş xəttinə Toğrul Məmmədli ikinci, Bəxtiyar Əsgərli isə üçüncü çatıb.
Hər 3 idmançı nazir müavini Mariyana Vasilyeva tərəfindən mükafatlandırılıb.
Qaçışın ən yaşlı iştirakçısı Tanrıverdi Xəlilova da (84 yaş) mükafat təqdim olunub.
Qeyd edək ki, 2021-ci ildən keçirilən "Qələbə qaçışı"nda gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva və nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
Emin Ağa
İdman.biz