Bakı, TurkicWorld
Husilərin iqtisadi müharibəsi hərbi münaqişədən daha ağır zərbə vurur,TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bunu Yəmənin Baş nazir Əhməd Avad bin Mübarək deyib.
“Husilərin iqtisadi müharibəsi indi Yəmən xalqının gündəlik həyatına hərbi münaqişədən daha çox zərbə vurur”-deyən, Mübarək, Yəmənin birləşmək və husilərin nəzarətindən azad edilməsi üçün milli səyləri dəstəkləyib.
Mübarək sabitlik, suverenlik və güclü, vahid Yəmənin qurulmasına yönəlmiş milli baxış altında birliyin zəruriliyini vurğulayıb.
“Biz qarşıda duran çətinlikləri bilirik, lakin öz işimizə və xalqımızın iradəsinə inamımızla fərq yarada bilərik” deyib.
Baş nazir bildirib ki, husilərin başlatdığı müharibə , vətəndaşların həyatına zərər vurub, dövlət resursları xərcləyib, yoxsulluq və işsizlik səviyyəsinin yüksəlməsinə, həmçinin əsas xidmətlərin iflasına gətirib çıxarıb.