Son dəqiqə

İsrail Yəmən

Husilər Təl-Əviv və Eylat şəhərlərinə zərbələr endirib

Bakı. TurkicWorld

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Tel-Əviv və Eylat şəhərlərindəki hədəflərə raket və pilotsuz təyyarələrlə hücum edib.

TurkicWorld-in məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria açıqlama verib.

Səria Ənsar Allah-a məxsus Al Masirah telekanalında çıxış edərək bildirib ki, üsyançıların silahlı qüvvələri "iki hərbi əməliyyat həyata keçirib". İlk əməliyyat zamanı iki raket ataraq Tel-Əvivdə "İsrailin iki hərbi hədəfini vurublar".

Husilər həmçinin Jaffa və Samad-4 adlanan pilotsuz təyyarələrdən istifadə edərək Tel-Əviv və Eylat şəhərlərindəki hədəflərə hücum edib.

Mövzuya görə xəbərlər